FİFA İnfantino ilə bağlı araşdırmaya başladı

FİFA İnfantino ilə bağlı araşdırmaya başladı
DÜNYA FUTBOLU 29 Aprel 2017 / 11:03 2809
-  A +

FİFA-nın Etika Komitəsi qurumun prezidenti Canni İnfantinoyla bağlı növbəti araşdırmaya başlayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda “Der Spiegel” nəşri məlumat yayıb. İnfantino Afrika Futbol Konfederasiyasına keçirilən seçkinin nəticələrinə müdaxilə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, bu seçkidə Madaqaskardan olan Əhməd Əhməd qələbə qazanıb.

Bundan öncə komitə İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə (2015) Sloveniya Futbol Federasiyasına 4 milyo avro məbləğində kredit verməsi faktı ilə bağlı iş açmışdı. Amma onun bu məsələdə hər hansı korrupsiya faktına yol verdiyi təsdiqini tapmamışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın