"Qələbəyə yaxınıq" - Şahin Diniyev

"Qələbəyə yaxınıq" -  Şahin Diniyev
GÜNDƏM 29 Aprel 2017 / 00:01 1941
-  A +

Topaz Premyer Liqasının XXVIII turunda doğma meydanda “İnter”lə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb.

Qol.az-ın xəbərinə görə, komandanın baş məşqçisi Şahin Diniyev bu gün keçiriləcək oyunla bağlı klubun saytına açıqlama verib:

“Əvvəlcə bütün “Kəpəz” azarkeşlərinə təşəkkürümü bildirirəm. Onlar bu mövsüm də bizi tək qoymayıb sonadək dəstəklədilər. Enişli və yüksəlişli günləri birgə keçirdik, uğur da oldu, uğursuzluq da. Ən diqqət çəkən məqam odur ki, fanatlar uğursuzluq olanda da bizim arxamızda durdular.Təbii ki, son oyunda biz də qələbə qazanmaqla mövsümü yüksək notlarla başa vurmaq istəyirik. Qələbəyə yaxınıq, son dövrədə 5 oyunda qalib gəlmişik. Bu amil komandanın gücündən xəbər verir. Çalışacağıq sabah da (bu gün –red.) azarkeşləri sevindirək. Qoy onlar stadiondan sevinc hissləri ilə ayırlıb yeni mövsümü gözləsinlər”.  

Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord