"Kəpəz" Gəncədə məşqə çıxdı

"Kəpəz" Gəncədə məşqə çıxdı
XƏBƏR 28 Aprel 2017 / 19:16 1499
-  A +

Topaz Premyer Liqasının 2016/17 mövsümünün son turunda “İnter”i qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın oynanılacağı arenada çıxıb. Hazırlıq prosesi uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər heyətinin verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar.

Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.

Qeyd edək ki, “İnter”lə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

AZAL ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki