De Xea "Real"a keçir

De Xea "Real"a keçir
DÜNYA FUTBOLU 28 Aprel 2017 / 12:43 5426
-  A +

"Real" "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etmək istəyir.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu bununla bağlı artıq "MY" ilə danışıqlara başlayıb.

İspan qolkiperin özü də klub rəhbərliyinə onun "Real"a satılmağını xahiş edib.

Artıq "Kral klubu de Xea ilə imzalayacağı müqavilənin şərtləri barədə razılığa gəlib.  De Xea "Real"da "MY"da olduğu kimi ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, "Real" 2015-ci ilin yayında de Xeanı transfer etmək istəyib. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Ancaq sənədləşdirmə işləri gecikdiyi üçün "Real" qolkiperi transfer pəncərəsi bağlanana kimi ala bilməyib. Madrid klubunun məhz bu səbəbdən transfer danışıqlarına bu il daha erkən başlayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord