"Mançester Yunayted" öz rekordunu təkrarladı

"Mançester Yunayted" öz rekordunu təkrarladı
XƏBƏR 28 Aprel 2017 / 11:07 2731
-  A +

"Mançester Yunayted" üçün İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə oyun (0:0) əlamətdar olub.

Qol.az-ın "Orta Sports"a istinadən yaydığı xəbərə görə, bu görüşdə heç-heçə edən klub ölkə çempionatında bir mövsümdə ardıcıl 24-cü oyunda uduzmayıb.
 
Bununla da Joze Mourinyonun komandası klub tarixinin bu göstərici üzrə rekordunu tərarlayıb.

Qeyd edək ki, "MY" sonuncu dəfə ötən ilin oktyabrında "Çelsi" ilə matçda 0:4 hesabı ilə uduzub. O vaxtdan indiyə kimi komanda 13 görüşdə heç-heçə edib, 11 oyunda qalib gəlib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi