Konfederasiyalar kubokunda oynamayacaq

Konfederasiyalar kubokunda oynamayacaq
XƏBƏR 27 Aprel 2017 / 21:15 2769
-  A +

Almaniya millisinin futbolçusu Mario Qötze bu il keçiriləcək Konfederasiyalar kubokunu buraxacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Yoahim Löv məlumat verib. O bildirib ki, orqanizmində maddələr mübadiləsi pozulan gənc oyunçunun müalicəsi davam edir:

"Marioya forma yığmaq üçün vaxt lazımdır. Onun müalicəsi yaxşı gedir. Ümid edirəm ki, yaxşı səviyyədə yaşıl meydanlara qayıdacaq".

Qeyd edək ki, Konfederasiyalar kuboku 17 iyun - 2 iyul tarixlərində Rusiyada keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord