Şenol Günəş "Beşiktaş"da qalır

Şenol Günəş "Beşiktaş"da qalır
XƏBƏR 27 Aprel 2017 / 17:03 2353
-  A +

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş növbəti mövsüm də komandanı çalışdıracaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, mövsümün sonunda müqaviləsi başa çatacaq 64 yaşlı mütəxəsis klubun vitse-prezidenti Ahmet Nur Çebi ilə görüşüb və daha bir il komandanı çalışdırmağa razılıq verib.

Görüşün ardından jurnalistlərin suallarını cavablandıran vitse-prezident, Ş.Günəşin komandada qalacağını əminliklə bildirib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq baş məşqçisi 2015-ci ildən İstanbul klubunu çalışdırır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord