Bakı "İnter"inin rəhbəri müəyyənləşdi

Bakı "İnter"inin rəhbəri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 27 Aprel 2017 / 15:16 6240
-  A +

Bakının “İnter” klubunun Müşahidə Şurasının sədri müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında  bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş "İnter"ə Zaur Axundov rəhbərlik edəcək.

Azərbaycan Futzal Federasiyasının prezidenti olan Axundov "İnter"in Müşahidə Şurasına sədr təyin olunub. AFFA tərəfindən “İnter”ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Z.Axundov həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Daha çox


Son xəbərlər