“Qrupa düşmək üçün əlimdən gələni edəcəyəm” – Aqolli

“Qrupa düşmək üçün əlimdən gələni edəcəyəm” – Aqolli
ÖLKƏ FUTBOLU 27 Aprel 2017 / 13:06 3956
-  A +

“Bu, mənim Azərbaycanda dördüncü, komandamızın isə qazandığı ən çətin çempionluq oldu. Birincisi, komandada rəqabət artıb, ikincisi isə bu mövsüm “Qarabağ”da zədələr çox oldu. Buna baxmayaraq, xarakter göstərdik, klubun əsas hədəflərindən olan çempionluğu qazandıq”.

Qol.az-ın məlumatına  görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniyanın “Supersport” portalına müsahibəsində deyib.

Təcrübəli futbolçu qeyd edib ki, komandanın məqsədi çempionluqla yanaşı, mayın 5-də “Qəbələ”yə qarşı keçiriləcək matçda Azərbaycan kubokunu udmaqdır: “Biz indi qələbəni bayram edirik (söhbət “Qarabağ”ın qızıl medallarl almasından sonra olub – red.), tezliklə isə final matçının hazırlığına başlayacağıq. “Qəbələ” yaxşı komandadır, bu çempionatda bizim əsas rəqibimiz oldu. Bizi çətin oyun gözləyir”.

34 yaşlı futbolçu gələcək karyerası barədə də danışıb: “Məncə, bu məsələ aydındır. Fikrimcə, yaxın vaxtlarda “Qarabağ”la yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacağıq. Komandamızın qarşıdakı hədəfləri bəllidir: ölkə kubokunu udmaq və Çempionlar Liqasının qrupuna düşmək. Mən bu məqsədə çatmaq üçün komandama əlimdən gələni köməyi edəcəyəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın