Diniyev tibbi müayinədən keçdi

Diniyev tibbi müayinədən keçdi
XƏBƏR 27 Aprel 2017 / 12:29 2930
-  A +

Topaz Premyer Liqasının 27-ci  turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tibbi müayinədən keçib.

Qol.az-ın klubun saytına istiandən yaydığı xəbərə görə, onun sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb. 

Dünən hazırlıqda iştirak edə bilməyən K.Diniyev bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, "Kəpəz" son turda Bakı "İnter"ini qəbul edəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi