Advokat və Qullit Hollandiya millisində?

Advokat və Qullit Hollandiya millisində?
DÜNYA FUTBOLU 27 Aprel 2017 / 11:28 3821
-  A +

Hollandiya millisində yeni baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Qol.az-ın “Algemeen Dagblad” nəşrinə istinadən yaydığı xəbərə görə, bu, "Fənərbaxça"nın çalışdırıcısı Dik Advokatdır.

Yaxın vaxtlarda tərəflər arasında razılıq əldə olunacağı gözlənilir. D.Advokat müqavilə imzalayacağı təqdirdə, karyerasında üçüncü dəfə Hollandiya millisini çalışdıracaq. Ruud Qullitin isə onun köməkçisi olacağı bildirilir.

Qeyd edək ki, D.Advokatın "Fənərbaxça" ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

Xatırladaq ki, D.Advokat sonuncu dəfə 2011-ci ildə Hollandiya millisində işləyib.


Son xəbərlər