Simeone sərt cəzalandırıla bilər

Simeone sərt cəzalandırıla bilər
XƏBƏR 26 Aprel 2017 / 20:10 3570
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone ağır cəzalandırıla bilər.

Qol.az-ın "Marca"ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın 34-cü turunda "Vilyareal"la qarşı matç bitdikdən sonra iki əli ilə hakimlərdən birinin çiynindən tutaraq onu əlavə etdiyi vaxta görə tənqid edib.  Onun bu hərəkətlərini görüşün baş hakimi  İqnasio İqlesies Vilyanueva öz raportunda yazıb.

D.Simeonein bu hərəkətlərinə görə 4 oyundan 12 matça qədər cəzalandırıla biləcəyi vurğulanıb.

İspaniya Liqasının İntizam Komitəsi D.Simeone ilə bağlı qərarını aprelin 28-i  verəcək.

Qeyd edək ki, D.Simeone 2014-cü ilin avqustunda hakimi sillə vurduğu üçün 8 oyunluq cəzalandırılmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord