"Bursaspor"dan Prosineçki açıqlaması

"Bursaspor"dan Prosineçki açıqlaması
ÖLKƏ FUTBOLU 26 Aprel 2017 / 18:36 4865
-  A +

Türkiyənin "Bursaspor" klubu Robert Prosineçki və bir neçə məşqçinin komandanın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.

Qol.az-ın xəbərinə görə, klub saytı vasitəs ilə bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir:  "Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adı klubuzla hallanır.  Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

Qeyd edək ki, Türkiyənin "Fanatik" qəzeti millimizin baş məşqçisinin "Bursaspor"la razılığa gəldiyini və gələn mövsümdən bu komandanı çalışdıracağını yazıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın