"Bakı o şəhərlərdən geri qalmır" - Bülənt Qorxmaz

"Bakı o şəhərlərdən geri qalmır" - Bülənt Qorxmaz
ÖLKƏ FUTBOLU 26 Aprel 2017 / 11:00 3674
-  A +

"Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Qorkmaz Azərbaycana səfərə gələ bilər.

Qol.az-ın xəbərinə görə, Bakıda mayın 10-dək davam edəcək "Baku Shopping Festival"a qatıla biləcəyini deyib.

Festivalın saytına danışan məşhur futbolçu deyib: “Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.

Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı