"Atletiko"da ciddi itki

"Atletiko"da ciddi itki
DÜNYA FUTBOLU 26 Aprel 2017 / 10:39 2882
-  A +

"Atletiko"nun futbolçusu Yannik Ferreyra-Karrasko Çempionlar Liqasının yarımfinalında "Real"la ilk oyunu buraxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbər əgörə, buna səbəb 23 yaşlı hücumçunun La Liqanın 34-cü turunda "Vilyareal"la matçda zədələnməsidir. Sözügedən matçda çiyni çıxan Karraskonun "Real"la ilk görüşü buraxacağı dəqiqləşib.

Onun cavab görüşünə kimi də hazır olacağı gözlənilmir.

Qeyd edək ki, "Real" - "Atletiko" matçı mayın 2-i keçiriləcək.


Son xəbərlər