El Klassiko: 185 ölkə, 650 milyon tamaşaçı

El Klassiko:  185 ölkə, 650 milyon tamaşaçı
XƏBƏR 26 Aprel 2017 / 02:14 4058
-  A +

La Liqanın 33-cü turunda keçirilən “Real” - “Barselona” (2:3) görüşünü televiziya vasitəsi ilə təxminən 650 milyon nəfər izləyib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, El Klassiko dünyanın 185 ölkəsində yayımlanıb.

İspaniyada matça TV vasitəsi ilə 2,6 milyon baxış olub ki, bu da ilk dövrədə “Nou Kamp”da keçirilən görüşdən 349 min nəfər azdır.

Feysbuk istifadəçiləri arasında qarşılaşma ən çox Meksika, İndoneziya, Braziliya və ABŞ-da müzakirə edilib.

 


Son xəbərlər