Türk müdafiəçi “Dinamo” və “Krasnodar”ın hədəfində

Türk müdafiəçi “Dinamo” və “Krasnodar”ın hədəfində
XƏBƏR 26 Aprel 2017 / 00:55 3702
-  A +

“Trabzonspor”un müdafiəçisi Uğur Demirok karyerasını ölkə xaricində davam etdirə bilər.

Qol.az-ın Ukrayna mətbutına istinadən yaydığı xəbərə görə, Kiyev “Dinamo”su və “Krasnodar” 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Demirokun hazırkı klubu ilə müqaviləsi 1 ildən sonra başa çatır. Lakin “Trabzonspor” rəhbərliyi 3 milyon avro qarşılığında onunla vidalaşmağa hazırdır.

Xatırladaq ki, Uğur “Trabzonspor”la yanaşı, “Qalatasaray” “Qaziantepspor”, “Akhisar Belediyespor”, “Kartalspor” kimi klublarda çıxış edib. O, Türkiyə yığmasında 2 matçda forma geyib.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı