"Qəbələ" Tiflisdə 6-cı oldu

"Qəbələ" Tiflisdə 6-cı oldu
GÜNDƏM 25 Aprel 2017 / 21:39 2085
-  A +

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, yarışın son günündə həlledici qarşılaşmalar keçirilib.

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb.

“Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub. "Qəbələ"nin qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib – 1:1, pen. 4:2. 3-cü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub – 0:0, pen. 5:4. 7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqreb "Dinamo"suna 3:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı