"Qəbələ"dən azarkeşlərə Naxçıvan müjdəsi

"Qəbələ"dən azarkeşlərə Naxçıvan müjdəsi
XƏBƏR 25 Aprel 2017 / 16:52 4265
-  A +

"Qəbələ" klubu mayın 5-də "Qarabağ"la Naxçıvanda keçirəcəyi Azərbaycan Kubokunun final matçını azarkeşlərinin də izləməsinə köməklik edəcək.

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov məlumat verib. Onun sözlərinə görə, belə bir imkan il ərzində "qırmızı-qaralar"ı dəstəkləyən, ev və səfər oyunlarında komandanın yanında olan fanatlara yaradılıb. Nəsibov bildirib ki, səfər avtobusla İran ərazisindən keçməklə baş tutacağından, bəzi şərtlərə riayət etmək lazım gələcək:

"Azarkeşlərin xarici pasportları olmalıdır. Valideynsiz gedəcəkləri halda, onların yaşları 18-dən aşağı olmamalıdır. Biz də öz növbəmizdə onların Naxçıvana gediş-gəlişlərinə köməklik göstərəcəyik".

"Qəbələ" rəsmisi nə qədər azarkeşin səfərə çıxacağını hələlik bilmədiklərini də əlavə edib. O, məsələ ilə komandanı dəstəkləyən fan-klubların məşğul olduğunu söyləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 16:00-da başlanacaq.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın