Beylin durumu müəyyənləşdi - 3-4 həftə oynamayacaq

Beylin durumu müəyyənləşdi - 3-4 həftə oynamayacaq
XƏBƏR 25 Aprel 2017 / 16:44 1876
-  A +

"Real"ın futbolçusu Qaret Beyl tibbi müayinədən keçib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə,  "El-Klassiko"da sol ayaq əzələsindən zədə alan uelsli yarımmüdafiəçinin 3-4 həftə uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Q.Beyl Çempionlar Liqasının yarımfinalında "Atletiko" ilə hər 2 oyunu və La Liqada ən azı 4 matç buraxacaq.

Qeyd edək ki, Q.Beyl bu mövsüm 26 oyunda 9 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki