Azərbaycan birinci divizionunda növbəti qalmaqal

Azərbaycan birinci divizionunda növbəti qalmaqal
XƏBƏR 25 Aprel 2017 / 13:58 3733
-  A +

Azərbaycan 1-ci divizionunun aprelin 21-də keçirilən “Energetik” – “Bakılı” matçı zamanı oyun 15 dəqiqə ərzində dayandırılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA İntizam Komitəsinin bugün keçirilən iclasında çıxarılan qərarda bildirilib.

Bildirilib ki, 61-ci dəqiqədə hakim oyunu əsassız olaraq dayandırıb və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunub.

Qərarda qeyd edilir ki, matçın 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb (buna görə futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub). Sonra “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Buna görə o, 3 oyunluq cəzalanıb, klub 160 manat cərimələnib.

Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsin' oyunun hakimi (Qorxmaz Eldarov) və və hakim inspektoru (Qabil Nərimanov) haqqında lazımi ölçü götürüb İntizam Komitəsin məlumatlandırmaq tapşırılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın