Ölkəmiz 10 gimnastla təmsil olunacaq - İslamiada

Ölkəmiz 10 gimnastla təmsil olunacaq - İslamiada
XƏBƏR 25 Aprel 2017 / 13:37 1040
-  A +

Gimnastika komandalarımızın IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək heyəti müəyyənləşib.

Qol.az-ın məlumatına görə, ölkəmiz Oyunların proqramına daxil edilən hər iki növ üzrə birlikdə 10 idmançı ilə təmsil olunacaq.

Bədii gimnastikada Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, idman gimnastikasında isə qadınların yarışında Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişilərin mübarizəsində Murad Ağarzayev, Timur Bayramov və Bense Talas mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, proqrama əsasən 12 və 13 may tarixlərində bədii gimnastika üzrə təsnifat mərhələləri, 14 may tarixində ayrı-ayrı alətlər üzrə finallar olacaq. İdman gimnastikası üzrə təsnifat günləri 13 və 14 may, ayrı-ayrı alətlər üzrə finallar isə 15 may tarixinə təsadüf edəcək.

Daha çox


Son xəbərlər