"Mançester Siti" transferdən imtina etdi - 110 milyona görə

"Mançester Siti" transferdən imtina etdi - 110 milyona görə
XƏBƏR 25 Aprel 2017 / 13:11 4032
-  A +

"Mançester Siti" "Monako"nun futbolçusu Kilian Mbappenin transferindən imtina edib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, Fransa klubu 18 yaşlı hücumçunun qiymətini 110 milyon funt sterlinqə qaldırdığı üçün Mançester təmsilçisi bu qərarı verib.
"Mançester Siti" K.Mbappenin əvəzinə "Arsenal"ın oyunçusu Aleksis Sançesi transfer etməyə çalışacaq.

Qeyd edək ki, K.Mbappe ilə "Mançester Yunayted", "Real" və başqa Avropa klublarının maraqlandığı bildirilir. "MY"nın fransalı oyunçu üçün 110 milyon funt ödəməyə hazır olduğu iddia edilir.


Son xəbərlər