2022-ci ilə qədər "Real"da

2022-ci ilə qədər "Real"da
DÜNYA FUTBOLU 25 Aprel 2017 / 11:55 3437
-  A +

"Real" futbolçusu İsko ilə bu yay yeni müqavilə imzalayacaq.

Qol.az-ın kluba yaxınlığı ilə tanınan “Marca” nəşrinə istinadən istinadən yaydığı xəbərə görə, bununla bağlı 25 yaşlı oyunçunun agenti Pako Alarkonla "Real" nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.

İspan yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki