"Prosineçkiyə deyə bilmərəm ki, məni milliyə çağır"

"Prosineçkiyə deyə bilmərəm ki, məni milliyə çağır"
ÖLKƏ FUTBOLU 25 Aprel 2017 / 11:06 3896
-  A +

“Qarabağ”ın müdafiəçisi İlqar Qurbanov Qol.az-ın suallarını cavablanırıb.

- “Qarabağ” – “Sumqayıt” oyunundan sonra Azərbaycan çempionatının qalibi kimi  qızıl medalları aldınız. Hansı hisləri keçirirsən?

- Şükürlər olsun ki, bu il də çempion olduq. Çox istəyirdik və bu istəyimizə nail olduq.  Çətin çempionat oldu. Xallar itirdik, ikinci pilləyə endik. Ancaq buna baxmayaraq, biz öz oyunumuzu sona qədər davam etdirdik və qızıl medalların sahibi olduq.

- Bəzi komanda yoldaşların builki çempionluğun daha çətin qazanıldığını etiraf edir. Sən bu fikirlə razısan?

- Bəli, sözsüz ki, bu il çox çətin oldu. Bəzi vacib matçlarda xallar itirdik. İkinci pilləyə düşdükdən sonra yenidən liderliyə yüksəlmək asan olmadı. “Qəbələ” də, “İnter” də çox yaxşı komandadır. Onlara qarşı çətin oyunlarımız oldu.

- Çempionatda əsas rəqibiniz “Qəbələ” idi. Ümumiyyətlə, çempionluiq mübarizəsini necə dəyərləndirirsən?

- Mən deməzdim ki, tək əsas rəqibimiz “Qəbələ” idi. “İnter”lə 4 matçdan yalnız birində qələbə qazandıq.  “Zirə” də, qış fasiləsindən sonra “Neftçi” də yaxşı mübarizə apardı. Əsas də ikinci dövrə çox gərgin keçdi.  

- Düşünürsən ki, komanda növbəti mövsüm nəhayət ki, Çempionlar liqasının qrup mərhəlisində mübarizə apara biləcək?

- Bu barədə danışmaq üçün tezdir. Hələ qarşıda kubokun final matçı var. Çempionat bitdikdən sonra daha rahat danışa bilərik.

- Yayda klubunla müqavilən başa çatır. "Qarabağ"la danışıq aparmısan, təklif varmı?

- Xeyr, hələ ki, danışıq aparmamışam. Mən həmişə çempionat tam bitdikdən sonra qərarımı verirəm. Vacib oyun var qarşıda, komandada heç kim müqavilə haqda düşünmür.

- Başqa klublardan təklif olsa, gedəcəksən?

- Mən hazırda “Qarabağ”ın futbolçusuyam. Heç bir klubla da danışıq aparmamışam. Hələ ki, bu barədə düşünmək üçün tezdir.

- Proseniçeki açıqlamasında demişdi ki, milli komandada yeni adlar olmayacaq. Daimi matçlara çıxırsan “Qarabağ”da, amma milliyə dəvət almırsan.

- Baş məşqçimizin qərarıdır. Mən futbolçuyam, heç bir məşqçinin işinə qarışa bilmərəm. Prosineçkiyə də deyə bilmərəm ki, məni milliyə çağır. Bu, futbolçuya yaraşmaz. Yenə məşqimə davam edirəm, oyunlara çıxıram. Qismət olsa, olar. Olmasa da xeyirlisi..

- Mayın 5-də Naxçıvanda Azərbaycan kubokunun finalında “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Necə oyun gözləyirsən? “Qəbələ” mövsümü titulsuz başa vurmaq istəmir və matça çox istəkli çıxacaq.

- “Qəbələ” bu il həqiqətən də çox iddialıdır. Yaxşı komanda yığıb. Final da bir oyunluqdur. Qələbə qazanan kuboku götürəcək. Yəni, indidən nəsə demək olmur. Əminəm ki, maraqlı oyun, gərgin mübarizə olacaq.

- Səncə, finalın Naxçıvanda olması oyuna azarkeşlərin az gəlməsi baxımından təsir edəcək?

- Elə düşünmürəm. Mən inanıram ki, Naxçıvanda da bizi  dəstəkləməyə azarkeşlər gələcək.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı