Zidan kubok qazanmasa...

Zidan kubok qazanmasa...
DÜNYA FUTBOLU 25 Aprel 2017 / 10:53 5799
-  A +

"Real" baş məşqçisi Zinəddin Zidanı istefaya göndərə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu bu mövsüm La Liqanın və  Çempionlar Liqasının kubokunu qazana bilməyəcəyi təqdirdə, klub rəhbərliyi fransalı mütəxəssislə yolları ayıracaq.

"Real"da yeni baş məşqçi vəzifəsinə əsas namizədin Almaniya millisinin baş məşqçisi Yoahim Löv olduğu bildirilib. Digər namizədlər isə Antonio Konte ("Çelsi") və Maurisio Pokettinodur ("Tottenhem").

Qeyd edək ki, "Real" La Liqada "Barselona" ilə ilk 2 pilləni bölüşür. Amma Zidanın komandası bir oyun az keçirib. Madrid klubu Çempionlar Liqasının yarımfinalında isə "Atletiko" ilə üz-üzə gələcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord