"İnter" futbolçularını bazaya həbs etdi

"İnter" futbolçularını bazaya həbs etdi
DÜNYA FUTBOLU 25 Aprel 2017 / 10:30 3261
-  A +

İtaliya "İnter"inin rəhbərliyi 5 gün ərzində futbolçuları məşq bazasında saxlamağa qərar verib.

Qol.az klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar komandanın son nəticələri ilə əlaqədar verilib. Son 5 oyunda "İnter" 3 məğlubiyyətlə üzləşib və 2 heç-heçə edən komandanın futbolçularına aprelin 30-a kimi bazanı tərk etmələri qadağan edilib. Bu müddətdə futbolçular çox məşq edəcək.
 
"İnter"in əsas hədəfinin avrokuboklara düşmək olduğu bildirilib. 

Qeyd edək ki, "İnter" A seriyasında 7-ci pillədə qərarlaşıb. Milan təmsilçisi növbəti turda "Napoli" ilə qarşılaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord