Bir ildən sonra yenidən Premyer Liqada

Bir ildən sonra yenidən Premyer Liqada
XƏBƏR 25 Aprel 2017 / 10:11 4009
-  A +

İngiltərə Premyer Liqasında növbəti mövsüm oynamağa vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Qol.az-ın məlumatına görə, "Nyukasl" Çempionşipin 44-cü turunda “Preston”a 4:1 hesabı ilə qalib gələrək turniri ilk ilk pillədə başa vurmağı təmin edib. Bununla da Rafael Benitesin komandası bir ildən sonra yenidən İngiltərə Premyer Liqasına qayıdıb.

Qeyd edək ki, ötən mövsüm çempionatı 18-ci pillədə tamamlayan “Nyukasl” aşağı liqaya yuvarlanmışdı.

Əlavə edək ki, bundan əvvəl "Brayton" Premyer Liqada oynamağa vəsiqə hüququ qazanıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki