Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib.
Qol.az-ın məlumatına görə, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub.
“Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib. Sabah turnirdə son oyunlar keçiriləcək.
“Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” komandası ilə görüşəcək.
Yarışın qalibi isə “Alkmaar” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) matçında müəyyənləşəcək. “Gent”lə (Belçika) “İnter” (İtaliya) 3-cü, Tiflis və Zaqrebi təmsil edən “Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcək.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır