Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində IV turun ilk görüşü başa çatıb.
Qol.az-ın turnirin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun partiyasında heç-heçə qeydə alınıb.
Oyundan sonra Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib: "Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə komanda yoldaşına qarşı mübarizə aparmaq asan deyil. Bu gün heç-heçə qaçılmaz oldu. Ümumilikdə 4 turu qiymətləndirmək çətindir. İlk turda məğlubiyyəti nəzərə almasaq çıxışımı normal adlandırmaq olar. Daha yaxşı oyun nümayiş etdirmək istəyirəm. Qarşıdakı oyunlara hazırlaşacam. Turnirdə əsas partiyalar irəlidədir".
Yarışın lideri olan Şəhriyar Məmmədyarov həmkarının dediklərini təsdiqləyib. Sumqayıt şahmat məktəbinin yetirməsi etiraf edib ki, Teymur Rəcəbova qarşı partiyaya hazırlaşmayıb: "Bizim qələbə və ya məğlubiyyətlə nəticələnən partiyalarımız az olmayıb. Dünya Kuboku eləcə də digər turnirlərdə açıq mübarizə aparmışıq. Rəqiblərə saatlarla hazırlaşıram. Amma Teymura qarşı çox vaxt sərf etmirəm. Bu dəfə Şəmkirdə ümumiyyətlə hazırlaşmadım. Rəcəbov çox güclü şahmatçıdır. Amma ən əsası o mənim komanda yoldaşım, dostumdur. Uzun illər onunla birlikdə Azərbaycan millisinin şərəfini qoruyuruq. Birgə iki dəfə Avropa çempionatının qalibi olmuşuq. Elə yarış olub ki, orada Teymura azarkeşlik etmişəm. Yaxşı münasibətimizin olması sirr deyil. Teymura qarşı oynamaq çətindir. Çünki bir-birimizi yaxşı tanıyırıq. Açıq mübarizə aparmaq həmişə mümkün olmur".
Xatırladaq ki, ShamkirChess 2017 turniri aprelin 30-da yekunlaşacaq.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi