Millimiz Qazaxıstanla qarşılaşacaq

Millimiz Qazaxıstanla qarşılaşacaq
XƏBƏR 24 Aprel 2017 / 15:57 2174
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

Qol.az-ın məlumatına görə, aprelin 25-də ilk oyununa çıxacaq millimiz Bosniya və Herseqovina ilə görüşəcək.

İki gün sonra Monteneqro ilə qarşəlaşacaq komandamız aprelin 29-da baş tutacaq son turda Qazaxıstanı sınağa çəkəcək.

Millimiz turnirə 20 futbolçu ilə yollanacaq. Onların siyahısını təqdim edirik: Əkbər Vəliyev, Sərcan Omarov, Miqdar Məmmədov (hamısı “İnter”), Ayxan Arazlı, Tural Bayramov, Zamiq Əliyev, Bilal Hüseynli, Nihad Quliyev (hamısı “Qarabağ”), Bədir Ziyadov (“Moskovskaya Zastava”, Rusiya), Nicat Musayev, Orxan Fərəcov, Vüsal Əsgərov, Mirəli Məmmədov (hamısı “Neftçi”), Hikmət Verdiyev, Ədilxan Qarəhmədov, Rəvan Mədətzadə, Xəyal Bədirov (hamısı “Vətən”), Xanlar Nəsibov, Pərviz Məmmədov, Hüseyn Əliyev (hamısı “Zirə”).


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord