ShamkirChess2017-də 4-cü tur: Məmmədyarov Rəcəbova qarşı

ShamkirChess2017-də 4-cü tur: Məmmədyarov Rəcəbova qarşı
XƏBƏR 24 Aprel 2017 / 12:41 1247
-  A +

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən təşkil edilən ShamkirChess 2017 turnirində bu gün IV tura start veriləcək.

Turnirin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, yarışın lideri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla komanda yoldaşı Teymur Rəcəbova qarşı çıxış edəcək.

ShamkirChess 2017: IV tur

Vladimir Kramnik (Rusiya)-Pentala Harikrişna (Hindistan)
Şəhriyar Məmmədyarov (Azərbaycan)-Teymur Rəcəbov (Azərbaycan)
Maykl Adams (İngiltərə)-Pavel Elyanov (Ukrayna)
Radoslav Voytaşek (Polşa)-Sergey Karyakin (Rusiya)
Veselin Topalov (Bolqarıstan)-Uesli So (ABŞ)

Qeyd edək ki, partiyalar saat 15:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki