Ruslan Abışov: “Məni indi transferim maraqlandırmır”

XƏBƏR 9 Mart 2010 / 15:50 2025
-  A +

“Öncədən də qeyd etmişdim ki, komanda rəhbərliyi mənim haqda nə qərar qəbul edəcəksə, razılaşacağam. “Neftçi” rəhbərliyi də mənim komandada qalmağımı münasib gördü”. Qol.Az-ın müxbirilə söhbətində Norveçin “Valerenqa” klubuna keçidi gündəmdə olan, lakin son anda transferi gerçəkləşməyən “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib. Abışov peşakar futbolçu olduğunu və indi transferi haqda yox, yalnız komandasının uğurları haqda düşündüyünü vurğulayıb: “İnter”lə şənbə günü oynayacağımız matça çox ciddi şəkildə hazırlaşırıq. Son oyunda rəqibə böyükhesabla məğlub olduq. Əslində biz həmin matçda pis təsir bağışlamadıq. İlk hissə rəqibdən daha yaxşı çıxış etdik. Sadəcə, əlimizə düşən imkanlardan yetərincə istifadə edə bilmədik. Şənbə günü mütləq “İnter” üzərində qələbə qazanmalıyıq”.

Xatırladaq ki, Unibank Premyer Liqanın XXIII turu çərçivəsində keçiriləcək “İnter” – “Neftçi” matçı martın 13-də “Şəfa” stadionunda baş tutacaq.


Son xəbərlər