"Belə hakim "Barselona" - PSJ matçında idi"- Ramosdan sərt cavab

"Belə hakim "Barselona" - PSJ matçında idi"- Ramosdan sərt cavab
XƏBƏR 24 Aprel 2017 / 12:11 5770
-  A +

"Real"ın futbolçusu Serxio Ramos "Barselona"nın müdafiəçisi Jerar Pikenin son açıqlamasına münasibət bildirib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, Pikenin ittihamlarına cavab olaraq deyib: "Real" çox şeyə icazə verən hakimlərə öyrəşib? Belə hakim "Barselona" - PSJ matçında idi".

Qeyd edək ki, Pike Ramosun qırmızı vərəqə aldığı epizodu şərh edərkən deyib:

"Ramos iki ayağı ilə tullanmışdı. Sadəcə, “Real” "Santyaqo Bernabeu" stadionunda başqa cür hakimliyə öyrəşib. Futbolçular elə bilirlər ki, onlara hər şey etmək olar. Hakim nə vaxt obyektiv olur, "Real" üçün hakim pis olur”.


Son xəbərlər