"Real" başqa cür hakimliyə öyrəşib" - Pike

"Real" başqa cür hakimliyə öyrəşib" - Pike
DÜNYA FUTBOLU 24 Aprel 2017 / 11:29 4368
-  A +

"Barselona"nın futbolçusu Jerar Pike La Liqanın 32-ci turunda "Real"la oyunda rəqib futbolçu Serxio Ramosun qırmızı vərəqə aldığı epizodu şərh edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, həmin epizodun təmir qırmızı vərəqəlik olduğunu deyib:

"Ramos iki ayağı ilə tullanmışdı. Sadəcə, “Real” "Santyaqo Bernabeu" stadionunda başqa cür hakimliyə öyrəşib. Futbolçular elə bilirlər ki, onlara hər şey etmək olar. Hakim nə vaxt obyektiv olur, "Real" üçün hakim pis olur”. 

Qeyd edək ki, "Real" - "Barselona" görüşü Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi