"Qəbələ" "gümüş"ü rəsmiləşdirdi

"Qəbələ" "gümüş"ü rəsmiləşdirdi
PREMYER LİQA 24 Aprel 2017 / 16:27 8901
-  A +

Bu gün Topaz Premyer Liqasında 27-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son matçında "Qəbələ" "İnter"i qəbul edib.

Qarşılıqlı qollar şəraitində keçən oyun "Qəbələ"nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Roman Qriqorçukun komandası son turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə gümüş medallara sahib olub. "İnter" isə mövsümü 3-cü pillədə başa vurub.








Topaz Premyer Liqası

27-ci tur

24 aprel

14:30. “Qəbələ” - “İnter” - 4:3
Qol:
Rauf Əliyev, 3 (0:1), Rikardinyo, 14 (1:1), Sergey Zenyov, 26 (2:1), Adrian Skarlatake, 33-avtoqol. (3:1), Elnur Abdullayev, 73 (3:2), Rauf Əliyev, 77 (3:3), Tellur Mütəllimov, 90 (4:3)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu


23 aprel 

“Qarabağ” - “Sumqayıt”  - 2:1

 AZAL - “Kəpəz” - 1:2 

“Zirə” - “Neftçi”  - 2:2


N Klublar O Q H M T-F X
1 Qarabağ 27 18 5 4 44-13 59
2 Qəbələ 27 14 10 3 47:19 52
3 İnter 27 11 10 6 39:32 43
4 Zirə 27 8 10 9 25-28 36
5 Kəpəz 27 8 9 10 23-27 33
6 Sumqayıt 27 8 8 11 26-34 30
7 Neftçi 27 9 3 15 25-42 30
8 AZAL 27 1 7 19 13-46 10

Bombardirlər: Rauf Əliyev ("İnter") - 11 qol,  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Dino Ndlovu ("Qarabağ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol,


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi