Beyl yenə zədələndi

Beyl yenə zədələndi
XƏBƏR 24 Aprel 2017 / 01:41 2539
-  A +

“Real”ın futbolçusu Qaret Beyl yenidən zədələnib.

Qol.az-ın xəbərinə görə, zədəsini yenicə sağaldan uelsli yarımmüdafiəçi “Barselona” ilə oyunda sıradan çıxıb.

Matçın 39-cu dəqiqəsində əzələsi dartılan futbolçu oyunu davam etdirə bilməyib. Onu Marko Asensio əvəzləyib. Beylin son durumu bu gün tibbi müayinədən keçdikdən sonra bilinəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm bir neçə dəfə zədələnib.

Daha çox


Son xəbərlər