"Qəbələ" Afinadan darmadağınla dönür

"Qəbələ" Afinadan darmadağınla dönür
XƏBƏR 24 Aprel 2017 / 00:05 2520
-  A +

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəlib. Famil Xəlilovun komandası bu qarşılaşmada 4:0 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurub.
 
Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı 3-cü olub.

Son xəbərlər