Altay Əliyev: «Biz təkcə futbola deyil, digər idman növlərinə də yer verməliyik»

Altay Əliyev: «Biz təkcə futbola deyil, digər idman növlərinə də yer verməliyik»
ÖLKƏ FUTBOLU 9 Mart 2010 / 14:59 3179
-  A +

Futbol üzrə Azərbaycan çempionatı və kubokun əsas oyunlarının televiziya vasitəsilə demək olar ki, eyni vaxtda yayımlanmasına aydınlıq gətirilib. Premyer Liqanın və Azərbaycan kubokunun yayım hüququnu alan AzTV-nin və «İdman Azərbaycan» kanalının şərhçisi Altay Əliyev Qol.Az-ın müxbiri ilə söhbətində bu addımı məcburiyyət qarşısında atdıqlarını söyləyib. «İdman Azərbaycan» təkcə futbol yox, həm də idman kanalıdır. Ona görə də günorta saatlarında başlayan digər idman növlərinə də yer verməliyik. Çox vaxt voleybol, güləş və digər mühüm idman yarışları olur ki, biz onları da yayımlamalı oluruq. Bütün idman növlərinə hörmətlə yanaşırıq. Hələliksə azarkeşlərin iki futbol oyununu izləmələri üçün Az.TV-nin efirindən də istifadə edirik».
A.Əliyevin sözlərinə görə, çempionatın əsas mərhələsində televiziya ilə yayımlanan oyunların üst-üstə düşməməsinə çalışacaqlar: «Bu məsələdə televiziyanın proqram siyasətini də nəzərə alırıq».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı