Ayxan Abbasov: “Yalandan nə deyim?”

Ayxan Abbasov: “Yalandan nə deyim?”
XƏBƏR 23 Aprel 2017 / 21:29 2673
-  A +

Topaz Premyer Liqasında 27-ci turun “Zirə” – “Neftçi” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
 
Gənc mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudur, qarşıda daha 1 oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi.
 
- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?

- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdir. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.
 
- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiniz?

- İlk olaraq onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdir. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. Bilmirəm (futbolpress.az).


Son xəbərlər