Ramil Şeydayev Slovakiya çempionu oldu

Ramil Şeydayev Slovakiya çempionu oldu
DÜNYA FUTBOLU 23 Aprel 2017 / 19:42 4300
-  A +

Azərbaycan millisiin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.

Qol.az-ın xəbərinə görə, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord