Qurban Qurbanov mükafatlandırmaya qatılmadı – Şəkil

Qurban Qurbanov mükafatlandırmaya qatılmadı – Şəkil
GÜNDƏM 23 Aprel 2017 / 19:32 4916
-  A +

Topaz Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra 5-ci dəfə Azərbaycan çempionatının qalibi adını qazanan Ağdam klubuna qızıl medallar verilib.

Qol.az-ın xəbərinə görə, komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qarabağ”ın sahibi Abdulbari Gözəl təqdim ediblər.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimini kənardan izləyib və medalını almayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Q.Qurbanovun anası dünyasını dəyişib. Onun məhz bu səbəbdən mükafatlandırmaya qatılmadığı bildirilir.

Daha çox


Son xəbərlər