“Zirə” ilə oyuna əvəzedici heyətlə çıxacağıq” – Tərlan Əhmədov

“Zirə” ilə oyuna əvəzedici heyətlə çıxacağıq” – Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 23 Aprel 2017 / 19:27 2442
-  A +

Topaz Premyer Liqasının 27-ci turunda AZAL öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub.

Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı məlumata görə, matçdan sonra təşkil olunan mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov bunları söyləyib:

“İlk hissədə maksimum 10 dəqiqə futbol oyandıq. Sonradan üstünlüyü verdik rəqibə. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Bəlkə də futbolçular sonuncu yerlə barışıblar. Amma hər bir oyun gələcəyə ümid verir. Birinci hissədə komandamda əzmkarlıq görmədik. Komandam artıq məğlubiyyəti qəbul edib. Son 4-5 oyunda komandamı motivasiya edə bilmirəm. Futbolçunun motivasiyası maddi durumdu”.

Əhmədov  Premyer Liqanın son turunda “Zirə” ilə görüşə əvəzedici heyətlə çıxacaqlarını bildirib: “Zirə” ilə oyunda əvəzedici heyətdən futbolçuların cəlb olunması mümkündür. Onsuz bu futbolçularla da uduzuruq. “Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki, Premyer Liqanın ab-havasını hiss etsinlər”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın