“İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək” - Diniyev

“İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək” - Diniyev
ÖLKƏ FUTBOLU 23 Aprel 2017 / 19:24 4025
-  A +

Topaz Premyer Liqasının 27-ci turunda “Kəpəz” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

Oyunsonrası mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:

“Çox gərgin oyun oldu. Belə olacağını da bilirdik. Futbolçuların üzərində təzyiq var. Hər oyuna qələbə üçün çıxırıq. Şadam ki, komandam ilk yarıda oyunun taleyini həl etdi. İkinci hissədə müdafiədən oynadıq. Qapıçının kobud səhvi qapımıza qol vurulması ilə nəticələndi. Heyətimizdə itkilər də var idi. Qalib gəldiyimiz üçün şadıq. Son dövrədə 6 oyundan 5-də qələbə qazandıq. Şans həmişə var. Son oyunda da tam gücümüzlə vuruşacağıq”.

Təcrübəli mütəxəssis komandasının AZAL-la görüşə zəif başlamasının səbəbini belə izah edib: “Oyuna zəif başladıq. İlk 30 dəqiqə ərzində rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Bu da meydança amili ilə bağlıdır. Bunun səbəbini futbolçulardan da soruşdum. Onlar da meydan amilini qabartdılar”.

Bugünkü qələbəyə baxmayaraq, Diniyev komandasının gərginlikdən qurtulmadığını bildirib: “Gərginlik qalıb, sona qədər də davam edəcək. Qarşıda daha bir oyunumuz var. Bu gün digər rəqiblərin oyununa fikir vermirdik. Mənim üçün əsas olan öz komandamın oyunudur. IV dövrədəki çıxışımız məni qane edir. Üzərimizdəki təzyiq isə aprelin 29-na qədər davam edəcək”.

“İnter” fəaliyyətini davam etdirə bilməyəcəyi halda, “Kəpəz” beşinci yerin sahibi kimi də yenidən Avroliqaya yollana bilər. Bununla bağlı sualı Şahin Diniyev belə cəzalandırıb: “İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək. Keçən il 4-cü yerdə gedirdik. Evdə “Qəbələ”yə uduzduq və sonda beşinci olduq. Ötən il də “Zirə” və “İnter” Avroliqaya yollana bilməmişdi. Bu mövsüm kim gedəcəksə, layiqli dəstəkləməliyik. 4 komandanın hər biri qitə kuboklarında oynamağa layiqdir” (futbolxeber.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı