“Neftçi” legioner limitini pozdu -texniki məğlubiyyət gəlir

“Neftçi” legioner limitini pozdu -texniki məğlubiyyət gəlir
ÖLKƏ FUTBOLU 23 Aprel 2017 / 18:50 5499
-  A +

Topaz Premyer Liqasının 27-ci turunda "Zirə" ilə matçda “Neftçi” legioner limitini pozub.

Qol.az-ın məlumatına görə, qonaqların baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.

Belə ki, matçın 67-ci dəqiqədə Ruslan Abışovu Uqo Barqas əvəzləyib. Bundan sonra “Neftçi” meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bununla da komanda çempionatın reqlamentini pozub. Bu əvəzedtmədən bir qədər sonra Elxan Abdullayev səhvini başa düşərək 7-ci legioneri meydandan çıxararaq yerli futbolçu ilə əvəzləyib.  

Bu səhvə görə AFFA İntizam Komitəsinin “Neftçi”yə texniki məğlubiyyət verəcəyi gözlənilir.

Qeyd edək ki, Topaz Premyer Liqanın reqlamentinə görə, komandalar ən azı 5 yerli futbolçu ilə oynamaldır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı