Nuri Şahin yenə zədələndi

Nuri Şahin yenə zədələndi
XƏBƏR 23 Aprel 2017 / 14:09 1741
-  A +

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin zədələnib.

Qol.az-ın xəbərinə görə, Bundesliqanın 30-cu turunda  Münhenqladbax “Borussiya”sı ilə qarşılaşmada zədələnərək əvəzlənən türkiyəli futbolçunun zədəsinin ciddi olduğu bildirilir.
 
Klubun idman direktoru Mixael Zork yerli mətbuata açıqlamasında futbolçunun ayağında qırıq olduğunu və növbəti turlarda meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki,  uzun müddət zədədən əziyyət çəkən 28 yaşlı futbolçu yenicə sıraya dönmüşdü. O, cari mövsüm cəmi 4 oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı