Zidan “El-Klassiko”dan danışdı

Zidan “El-Klassiko”dan danışdı
GÜNDƏM 23 Aprel 2017 / 12:19 6089
-  A +

Madrid “Real”ının baş məqçisi Zinəddin Zidan La Liqanın 32-ci turunda bu gün “Barselona” ilə keçiriləcək oyun haqqında fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran 44 yaşlı çalışdırıcı çempionluğun taleyinin bu matçda həll olunmayacağını deyib:

“Barselona”nı məğlub etməklə çempion olduq deyə bilmərik.  Qarşıda hələ 6 oyunumuz var.  Hər oyun olduğu kimi, bu oyundan da qalib ayrılmaq istəyirik. Belə oyunlarda nələr baş verəcəyini öncədən demək mümkün deyil. İlk oyunda uzatma dəqiqələrində qol vurmuşduq”.

Fransalı mütəxəsis “Barselona”nın çox yaxşı komanda  olduğunu və rəqibin “Santyaqo Bernabeu”da təzqiq hiss etməyəcəklərini deyib: “Biz öz meydanımızda oynayacağıq. Ancaq inanmıram ki, rəqib öz üzərində təzyiq hiss etsin. Onların Çempionlar Liqası ilə vidalaşmağı da oyunlarına təsir etməyəcək. “Barselona” çox yaxşı komandadır. Bütün mövsüm boyu bunu görmək mümkündür. Onları məğlub etmək üçün çox yaxşı oynamaq lazımdır”.

Xatırladaq ki, “Real” – “Barselona” oyunu saat 22.45-də start götürəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord