"El-Klassiko"nu "Barselona" qazandı

"El-Klassiko"nu "Barselona" qazandı
DÜNYA FUTBOLU 24 Aprel 2017 / 00:39 10163
-  A +

Bu gün bütün dünyanın diqqəti Madridə yönəlib.

Qol.az-ın məlumatına görə, İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da  əzəli rəqibi “Barselona”nı  qəbul edib.

Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.


23 aprel

İspaniya La Liqası, 32-ci tur

22:45 “Real” – “Barselona” - 2:3
Qollar:
Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2), Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
Qırmızı vərəqə: Serxio Ramos, 77 ("Real")


Son xəbərlər