Sərgən Yalçın istefa verdi

Sərgən Yalçın istefa verdi
XƏBƏR 23 Aprel 2017 / 10:05 3003
-  A +

Türkiyə superliqasında gözlənilməz baş məşqçi istefası baş verib.

Qol.az-ın məlumatına görə, “Kayserspor”un çalışdırıcısı Sərgən Yalçın vəzifəsindən ayrılıb.

Komandasının uğursuz çıxışları onu bu addımı atmağa vadar edib.

Ardıcıl 6 oyundur ki, qələbə qazanmayan Kayseri təmsilçisi son 4 qarşılaşmada uduzub. Komanda  28 oyundan sonra 27 xalla 15-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, S. Yalçın bu ilin yanvar ayından “Kayserispor”u çalışdırırdı.


Son xəbərlər