"Qəbələ" Danimarka klubunu məğlub etdi

"Qəbələ" Danimarka klubunu məğlub etdi
XƏBƏR 22 Aprel 2017 / 20:51 2363
-  A +

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirində növbəti oyunlar keçirilib.

Qol.az-ın məlumatına görə, qrup mərhələsində 3 matçda qüvvəsini sınayan “Qəbələ” 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. “Qırmızı-qaralar” Danimarkanın “Lyunqbyu” komandası ilə üz-üzə gəlib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin hər iki qoluna Samir Məhərrəmli imza atıb.

 Bu qələbə “qırmızı-qaralar”a 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınamaq imkanı verib. Komanda sabah Albaniyanın “Tirana Nasional” klubu ilə görüşəcək.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində Yunanıstan “Apollon”u ilə heç-heçə edib (1:1), ardınca Serbiya “Partizan”ı (0:3) və Afina “Panatinaikos”una (0:2) məğlub olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı